Şəmkir rayonunda "Qoşa çinar" və "Xan sarayı" şənlik evlərində yanğın təhlükəsizliyinə əməl edilmir
1-09-2023, 09:01
22

Şəmkir rayonunda "Qoşa çinar" və "Xan sarayı" şənlik evlərində yanğın təhlükəsizliyinə əməl edilmir


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayonunda "Qoşa çinar" və "Xan sarayı" şənlik evlərində təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri ciddi şəkildə pozulur. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü bir başa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, adı hallanan hər iki şənlik evində ciddi qanunsuzluqlar aşkar edilmişdir.

Daha aydın desək hər iki şənlik evində "Qoşa çinar" və "Xan sarayı"da sanitar-gigeyenik qaydalara riayət olunmur. Ən əsası isə insanların təhlükəsizliyi düşünən yoxdu, yanğın təhlükəsizliyinə əməl edilmir. Məclis keçirən insanların, həmçinin işçilərin həyatı təhlükədədir.

Eyni zamanda işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi müəyyən olunub. Bundan əlavə işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb xahiş edirik ki, aşkar edilmiş nöqsanlarla bağlı hər iki sahibkarlıq subyekti "Qoşa çinar" və "Xan sarayı" şənlik evləri barəsində araşdırılma aparılsın və lazimı tədbirlər görülsün.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər