
Cəmiyyət
Dünən, 08:30
2
Səfərov qardaşlarının cənazəsi Ağcabədiyə gətirildi

Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazəsi dəfn edilməsi üçün Ağcabədiyə gətirilib.
Cənazələr əvvəlcə vida mərasimi keçirilməsi üçün qardaşları evinə gətirilib.
Daha sonra onlarla vida mərasimi keçiriəcək və cənazələr valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında dəfn ediləcək.
Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib.
Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.