
İdman
Bu gün, 12:18
1
Azərbaycan güləşçisi Türkiyədə çempion oldu

Bu gün sərbəst güləş üzrə yarışa start verilib.
Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.
Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.