Masallı rayon Mülki Hərbi Məktəbdə bəzi qanunsuzluqlar aşkar edilmişdir
16-06-2023, 12:16
100

Masallı rayon Mülki Hərbi Məktəbdə bəzi qanunsuzluqlar aşkar edilmişdir


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Masallı rayon Mülki Hərbi Məktəbdə bəzi qanunsuzluqlar aşkar edilmişdir. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü məhz sözügedən ünvana yollandı. Araşdırma nəticəsində məlum oldu ki, həqiqətəndə şikayət əsaslı imiş.

Belə ki, məktəbin direktoru Əkbərov Bəşir müəllimdir. Belə başa düşdük ki, Bəşir müəllim öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Məktəbdə davamsızlıq baş alıb gedir. Uşaqlar dərsə gəlmirlər. Uşaqlar bir qırağa heç məktəbdə doğru düzgün müəllim belə yox idi. Biz orda olduğumuz müddətdə məktəbdə 3 yada 4 müəllimə güclə tapmaq olurdu.

O birilər hardadı deyə sual verdikdə isə cürbəcür bəhanələr gətirdilər. Çox maraqlıdır. Nə direktor, nə də müəllimlər onlara tapşırılan işlərin öhtəsindən gələ bilmirlər, ama dövlətin onlar üçün ayırdığı əmək haqqını rahatlıqla yeyirlər. Bu o deməkdir ki, heç bir əziyyət çəkmədən oturub dövlətdən pul mənimsəyirlər. Hələ uşaqlar...

Uşaqların dərsə vaxtı vaxtında gəlməməsinə baxmayaraq, sanki onlara mükafat verib hələ bir stipendiya da verirlər. Dərsə gəlməyə gəlməyə uşaqların adlarına stipendiya gəlir hər ay. Maraqlıdır görəsən bu stipendiyalar kimin cibinə gedir. Hansı acgöz, gözü doymaz insan mənimsəyir o stipendiyaları da. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.

Masallı rayon MHM-nin rəhbərliyi və müəllim kollektivi araşdırılıb, haqqlarında tezliklə ciddi bir tədbir görülməlidir. 

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər