Daha hündür, daha ağıllı: İnsanlar "təkliy"ə yaxınlaşır - Gələcəyi görən alimdən şok iddia
Dünən, 22:56
2

Daha hündür, daha ağıllı: İnsanlar "təkliy"ə yaxınlaşır - Gələcəyi görən alimdən şok iddia

Daha hündür, daha ağıllı: İnsanlar "təkliy"ə yaxınlaşır - Gələcəyi görən alimdən şok iddiaFuturistlər (gələcəyi görənlər) uzun müddətdir ki, insan zəkasının və süni intellektin birləşəcəyi zaman "təkliy"in ("sonsuzluğa yaxınlaşmanın pik nöqtəsi") gəlişini müzakirə edirlər.

Gələcəkdə insanlar bioloji sərhədləri aşacaq.

Amerikalı kompüter alimi və futuroloq Rey Kurtsveyl uzun müddətdir ki, "təkliy"in ("sonsuzluğa yaxınlaşmanın pik nöqtəsi") böyük ehtimalla 21-ci əsrin ortalarında baş verəcəyini iddia edir.

O, "Təklik daha yaxındır" kitabında bu proqnozları daha da gücləndirir və nanobotlar (və digər əlavələr) sayəsində insan intellektinin milyon dəfə artacağını izah edir.

Dünyanın aparıcı elm jurnallarından biri olan "Popular Mechanics"dəki xəbərdə Kurtsveyl haqqında aşağıdakı ifadələr yer alır: "Dünya şöhrətli futurist olmaq adətən ehtiyatlı proqnozlarla gəlmir" və əlavə edilir: "Və heç kim Rey Kurtsveyldən daha iddialı gələcək proqnozları vermir."

Qeyd olunur ki, bir zamanlar kompüter alimi olan Kurtsveyl uzun müddətdir ki, bəşəriyyətin "təklik" kimi tanınan bir nöqtəyə, insan və texnikanın birləşdiyi məqama doğru getdiyinə inanır. 1999-cu ildə Kurtsveyl süni ümumi intellektin (AGI), bəşəriyyət saniyədə trilyonlarla əməliyyat həyata keçirə bilən texnologiyaya nail olduğu zaman meydana çıxacağını bildirmiş və bunun 2029-cu ildə baş verəcəyini proqnozlaşdırmışdı.



Rey Kurtsveyl amerikalı ixtiraçı, kompüter alimi, müəllif və futuroloqdur. O, 12 fevral 1948-ci ildə anadan olub. O, xüsusilə süni intellekt, transhumanizm, "təklik" və texnologiyanın insan təkamülünü necə dəyişdirəcəyi ilə bağlı iddialı proqnozları ilə tanınır. O, həmçinin çoxsaylı texnoloji yeniliklərə və patentlərə imza atıb.

1970-ci illərdən başlayaraq o, OCR (optik xarakter tanıma), mətndən nitqə proqram təminatı və ilk musiqi sintezatorları kimi sahələrə bayraqdarlıq edib.

Kurtsveyl hesab edir ki, insanlar öz bioloji hədlərini aşaraq daha hündür, daha sağlam və daha ağıllı varlıq ola bilərlər. O, ömrünü uzatmaq üçün hər gün onlarla əlavədən istifadə edir.

Oxşar xəbərlər