Ağstafa şəhər, Vurğun kəndində orta məktəbin tikilməsində qanunsuzluqlar aşkar olunmuşdur
7-06-2023, 18:28
44

Ağstafa şəhər, Vurğun kəndində orta məktəbin tikilməsində qanunsuzluqlar aşkar olunmuşdur

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Ağstafa şəhər Vurğun kəndində orta məktəbin tikilməsində bəzi qanunsuzluqlar aşkar olunmuşdur. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız sözügedən ünvana yollanmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, şikayət əsaslı imiş. Həqiqətəndə Ağstafa rayon, Vurğun kənd tam orta məktəbinin tikintisində qanunsuzluqlar açıq aşkar nəzərə çarpır. Daha aydın desək, burada işləyən insanların həyatı təhlükədədir. Nə kaskaları var, nə də bellərinin kəmərləri.

Yuxarı mərtəbədə işləmələrinə baxmayaraq təhlükəsizlikləri təmin olunmamışdır. Insan həyatı bu qədər ucuz olmamalıdır.

Əgər bir insanın işə ehtiyacı var işləyirsə, bu onun canından bezdiyi mənasına gəlməsin. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür insan həyatlarını təhlükəyə atan şəxslər ciddi araşdırılmalı və haqqlarında lazımi tədbirlər görülməlidir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 


Oxşar xəbərlər