Rus deputat Ermənistana buraxılmadı
Bu gün, 12:18
3

Rus deputat Ermənistana buraxılmadı

Rus deputat Ermənistana buraxılmadı 

Rusiya Federasiya Şurasının deputatı və Əfqanıstan Veteranları İttifaqının rəhbəri Frans Klintseviçi Yerevan hava limanında geri qaytararaq Ermənistana buraxmaqdan imtina ediblər.

Bu barədə KP.RU məlumat yayıb.

"Sərhədçilər mənə dedilər ki, mənim ölkəyə girişim qadağandır. Mən Əfqanıstan veteranlarına abidə qoyulmasında mənə kömək edən insanlarla görüşmək üçün gəlmişdim. Şənbə günü evə qayıtmalı idim. Nəticədə cümə günü Moskvaya qayıdıram", - o deyib.

Onun sözlərinə görə, qəfil girişə icazə verilməməsinin səbəblərini ona heç kim açıqlamayıb.

Siyasətçi qeyd edib ki, sərhədçilər özlərini düzgün aparıblar.

Oxşar xəbərlər