İsveç Ukraynaya yardım edəcək
Dünən, 22:57
4

İsveç Ukraynaya yardım edəcək

İsveç Ukraynaya yardım edəcək

İsveç hökuməti digər ölkələrə verilən iqtisadi yardımın strukturunda düzəlişlər edəcək ki, bu da əlavə olaraq 1,67 milyard İsveç kronu (təxminən 150 milyon avro) Ukraynaya və humanitar təşəbbüslərə dəstək verməyə imkan verəcək.

Bu barədə “European Pravda” İsveç hökumətinin bəyanatına istinadən məlumat yayıb.

İsveç hökuməti qeyd edib ki, hazırda yardım büdcəsinə edilən dəyişikliklər dünyada dəyişən vəziyyəti nəzərə alaraq zəruri hesab olunur.

"Biz çoxlu böhranların yaşandığı təlatümlü bir dünyada yaşayırıq. Ukrayna, Sudan, Qəzza və Yəmən də daxil olmaqla, bir çox yerlərdə insan iztirabları böyükdür. ABŞ-ın yardımın bir hissəsini dayandırmaq qərarı ilə bir çox ölkələrdə vəziyyət daha da pisləşdi. Buna görə də İsveç 2025-ci il üçün yardım büdcəsinin prioritetlərini hərtərəfli nəzərdən keçirməyə qərar verdi", - deyə məlumatda bildirilib.

Əlavə olaraq 1,67 milyard İsveç kronu Ukraynaya dəstək və bütün dünyada həyat xilasetmə fəaliyyətləri üçün ayrılacaq.

"İsveç ABŞ-ın yardımının azaldılmasını kompensasiya edə bilməz, lakin biz Ukraynanı dəstəkləmək və insanların həyatını xilas etmək üçün əlimizdən gələni etməliyik", - İsveç hökuməti əlavə edib.

Oxşar xəbərlər