Rusiya İrana ancaq mənəvi dəstək verəcək: Putin Xameneiyə salam göndərdi
24-06-2025, 13:49
11

Rusiya İrana ancaq mənəvi dəstək verəcək: Putin Xameneiyə salam göndərdi





Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Əraqçi dünən Moskvada Rusiya lideri Vladimir Putinlə görüşüb.

Putin Kremldə nümayəndə heyətləri ilə keçirilən görüşün əvvəlində Rusiya ilə İran arasında təmasların çox kritik bir zamanda baş verdiyini bəyan edib.

“İranın heç bir təhriki olmadan həyata keçirilən hücumların müdafiə oluna biləcək heç bir cəhəti yoxdur. Həmçinin, mənim ən səmimi salamlarımı İran prezidentinə və İranın ali dini lideri Xameneiyə çatdırın”, - Putin deyib.

Kremlin sözçüsü Dmitri Peskov dəstək gözləyən İrana mənəvi dəstək verməklə kifayətlənəcəklərinə işarə edib: “Rusiyanın İsrail və ABŞ-ın hücumlarını pisləməsi İrana mühüm dəstək sayılır”.

Peskov onu da qeyd edib ki, Rusiya İran böhranında tərəf tutmaqdansa, vasitəçi rolunu öz üzərinə götürməyi daha məqsədəuyğun hesab edir.

Oxşar xəbərlər