Ölkə / Cəmiyyət
9-11-2024, 12:39
153
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 7 nömrəli Regional Sukanal İdarəsinin Naftalan Sukanal Sahəsinn rəisi Xəqani müəllimdir.
Xəqani müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Xəqani müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Xəqani müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir! İnsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Xəqani müəllim öz işinin peşəkarı bir insandır.
İşçi kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır. İşçilərini ailəsi kimi görən Xəqani müəllim onların problemləri ilə maraqlanır, əlindən gələn köməyi əsirgəmir. Ona etibar edilən bütün işlərdə Xəqani müəllim özünü doğruldub.
Redaksiyamız adından Xəqani müəllimə uzun və sağlam ömür arzu edir, uğurlar diləyirik.