Şəmkir rayon Keçili kəndində Bələdiyyə sədri və Icra nümayəndəsi işlərini layiqincə icra edə bilmirlər
5-06-2023, 15:38
70

Şəmkir rayon Keçili kəndində Bələdiyyə sədri və Icra nümayəndəsi işlərini layiqincə icra edə bilmirlər


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon Keçili kəndində antisanitariya baş alıb gedir. 


Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız sözügedən əraziyə yollandı. Araşdırma nəticəsində məlum oldu ki, həqiqətən də şikayət əsaslı imiş. Belə ki, Şəmkir rayon, Keçili kəndində küçələr çox pis vəziyyətdədir. Arxlar bütün məişət tullantıları ilə doludur. Su gəldikdə arxa daşır, bütün zibillər xəstəxananın həyətinə dolur. Əsas məsələ odur ki, aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşmırlar. 


Sakinlərin dəfələrlə şikayət etməsinə baxmayaraq, yenə də bu məsələyə yanaşılmır. Məsələ ilə bağlı redaksiyamız həm Bələdiyyə sədri Əliyev Kamal Sayad oğlu ilə, həm də Icra nümayəndəsi Quliyev Mənsur Qəzənfər oğlu ilə əlaqə saxladı. Lakin heç bir tədbir görülmədi. Heç bir reaksiya verilmədi. Həm Bələdiyyə sədri, həm də icra nümayəndəsi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmir. Işlərinə məsuliyyətsiz yanaşırlar.


Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Işlərini düzgün icra edə bilməyən Bələdiyyə sədri və Icra nümayəndəsi barəsində tezliklə ciddi bir tədbir görmələrini, Keçili kəndində yaranan bu antisanitariya barəsində araşdırma aparılıb, həll olmasını xahiş edirik. 


Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 



Oxşar xəbərlər