
Ölkə / Cəmiyyət
28-07-2023, 15:22
45
Gəncə şəhər univermağında Qanunsuz yeni mərtəbənin artırılması və Yanğın Təhlükəsizliyinə əməl olunmaması kimi qanunsuz əməllər baş verir

Gəncənin infrastrukturu hər gün, hər saat yenilənir, müasir şəhərsalma tələblərinə uyğun qurulur desək, yanılmarıq. Əslində, ağır bir işdir. Nəqliyyatı, gediş- gəlişi çox olan böyük bir şəhərdə su, kanalizasiya xətlərinin tamamilə yenidən çəkilməsi, qazılan sahələrin asfaltlaşdırılması, digər işlərin görülməsi asan məsələ deyil. Amma şəhərin müvafiq strukturları əlaqədar təşkilatların köməyi ilə bu işin də öhdəsindən bacarıqla gəlirlər. Qarşıya belə bir məqsəd qoyulub: Gəncə sakini heç nədən korluq çəkməməlidir. Onun suyu da, aldığı təbii qazı da, elekrik enerjisi də daimi və dayanaqlı olmalıdır. Heyif ki, günü- gündən çiçəklənən bu şəhərdə öz işinin öhdəsindən gələ bilməyən idarələr çoxdur. Gələk əsas məsələyə.
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Gəncə şəhər univermağında təhlükəsizlik qaydalarına riayət olunmur. Şikayəti araşdırmaq üçün redaksiyamız özü bir başa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş.
Belə ki, Gəncə şəhər univermağında Qanunsuz yeni mərtəbənin artırılması və Yanğın Təhlükəsizliyinə əməl olunmaması kimi qanunsuz əməllər baş verir. Baş verən bu qanunsuz əməllərlə bağlı heç bir aidiyyatı qurum məsələni araşdırmır. Ya görmürlər, ya da görürlər görməzdən gəlirlər.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür qanunsuz əməllərin günü-gündən çiçəklənməsi yolunda əllərindən gələni əsirgəməyən insanlar barəsində ciddi araşdırılma aparılıb, haqqlarında lazımi tədbir görülməlidir. İnsan həyatı və onun təhlükəsizliyi hər şeydən üstün tutulmalıdır.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.