
Siyasət
Dünən, 01:37
3
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia

“Ermənistan hakimiyyəti Sünikdən (Zəngəzur) keçən yoldan imtina edib. Onlar güzəştə gediblər, Sünikdə barı aşağı salıblar. Sünikdə “xilaskarımızı” qarşılayan insanlar zaman gələcək Azərbaycan və Türkiyə ordusunu alqışlayacaq. Ondan sonra azərbaycanlıların geri qayıtması məsələsi olacaq”.
Bu barədə erməni politoloq Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, mövcud hakimiyyət Ermənistanı regional marionetkaya çevirib: “Qarabağda olduğu kimi, Sünikdə də hər şey Azərbaycanın xeyrinə olacaq. Sünik dəhlizi (Zəngəzur dəhlizi) reallaşandan sonra Ermənistan blokadaya düşəcək. Onda insanlar etiraz edəcəklər, lakin artıq hər şey gec olacaq. Çünki biz Süniki itirəcəyik və heç bir ölkə bizə kömək edə bilməyəcək”.