Zaqatala rayon Əliabad kəndində Nizami adlı şəxs Ekologiyaya ciddi ziyan vurur
8-08-2023, 11:00
49

Zaqatala rayon Əliabad kəndində Nizami adlı şəxs Ekologiyaya ciddi ziyan vurur

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Zaqatala rayon Əliabad kəndində Ekologiyaya ciddi ziyan vurulur, meşədə ağaclar səbəbsiz yerə kəsilir. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü bir başa sözügedən ünvana yollanmışdır.

Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, Nizami adlı şəxs sözügedən ünvanda meşənin ortasında icazəsiz obyekt işlədir, heç bir standartlara cavab verməyən stanok qoyub, ağacları qırıb tökür, ekologiyaya ciddi ziyan vurur. Hələ bu azmış kimi işçiləri belə var. İşçilərinin heç birinin iş forması belə yoxdur, təhlükəsizlikləri təmin olunmayıb.

Hələ bu harasıdır, bu işçilərin heç bir əmək müqaviləsi yoxdur. Maaşları belə vaxtlı vaxtında verilmir. Nizami müəllim belə çıxır ki, ancaq öz cibinə işləyir. Çox maraqlıdır. Bu Nizami adlı şəxsə kim icazə verir ki, bu qədər qanunsuz əməlləri heç kimdən qorxmadan, çəkinmədən edir. Yəqin ki, ona da arxa duran, havadarlıq edən kimlərsə var. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ekologiyaya zərrə xeyirləri dəyməyən insanlar onu cirkləndirmək, məhv etmək üçün əllərindən gələni edirlər. Nizami müəllim kimi öz cibini fikirləşib ekologiyanı məhv edən insanlar araşdırılmalı, hər birinə qarşı lazımi tədbir görülməlidir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər