
Ölkə / Cəmiyyət
23-01-2025, 12:51
257
Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir

Bütün bu xüsusiyyəyləri özündə cəmləşdirən savadlı həkimlərimizdən biri də Əzizov Arif Hümbət oğludur. Arif həkim Terapevtdir, Şəmkir rayon, Zəyəm Qəsəbə Xəstəxanasında fəaliyyət göstərir. Şəmkir rayon Düyərli kəndində yaşayır.
Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Arif həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. O, əsl mütəxəssis, yaxşı psixoloqdur. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar ondan psixoloq olmağı tələb edir. Axı elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qulluq etmək istəmirlər, hətta əksər hallarda indkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirirlər, sağalma prosesini ləngidirlər.
Hər kəs həkim ola bilməz. Arif həkim xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahibdir. Bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də Arif həkimin xüsusiyyətlərindən biridir. O, öz işinə ürəkdən bağlıdır. Peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən bir insandır. Onu qəhrəman da adlandırmaq olar. Axı Arif həkim hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edir, elə zamanlar olur ki, özünü riskə atır. Bunlar hamısı onun əsl böyük əməyidir. Həm də unutmayaq ki, həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər.
Bizdə redaksiyamız adından Arif müəllimə uzun və sağlam ömür arzu edirik. Hər daim var olasınız, dəyərli Arif həkim!