Dünya
24-06-2025, 13:47
157
Rusiya Sumı vilayətini atəşə tutdu - 3 ölü, 6 yaralı var
Rusiya Silahlı Qüvvələri Ukraynanın sərhədyanı Sumı vilayətini atəşə tutub.
Bu barədə regionun polisinin yaydığı məlumata görə, nəticədə üç nəfər ölüb, altı nəfər isə yaralanıb. Yaralılardan üçü azyaşlıdır.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir.
Rusiya ordusunun zərbəsi nəticəsində otuz yaşayış evi və dörd avtomobilə ziyan dəyib.


