Balakən Şəhər Ayhed özəl xəstəxanasının həkimi Elşən Kərimov sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq
16-04-2024, 16:27
37

Balakən Şəhər Ayhed özəl xəstəxanasının həkimi Elşən Kərimov sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq


Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.

Belə həkimlərdən biri də yuxarıda sadaladığım bütün bu olanları özündə cəmləşdirən Balakən Şəhər Ayhed özəl xəstəxanasının həkimi Elşən Kərimovdur.
Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir.

Elşən həkim həm həkim, həm qayğıkeş rəhbər, həm də işinin peşəkarı olmaqla bərabər pasientlərlə və tibb personajı ilə xoş ünsiyyət qüraraq onları dinləyir, dərdlərinə şərik olur, qayğılarına qalır. Elşən həkim baxmayaraq ki, həkim kimi çalışır xəstəxanada abadlıq və quruculuq işlərində sadə vətəndaş kimi texniki işçilərlə birgə çalışır, onlara dəstək olur.  

Hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Elşən həkim öz işinə ürəkdən bağlıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edir, çətinliklərdən, təhlükələrdən qorxmur bütün həyatını insanlara həsr etməyi qəbul edib, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edir və bu yolda addımlayır. Elşən həkimi qəhrəman da adlandırmaq olar.

Axı o hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edir, elə zamanlar olur ki, özünü riskə atır, bir sözlə bütün ona müraciət edən vətəndaşın varlığını uzadır. Bunlar hamısı onun əsl böyük əməyidir. Bu cür demək olar ki, həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər.

Koronavirus və İkinci Qarabağ müharibəsi dövründə də Elşən həkim əsl vətəndaşlıq mövqeyini göstərərək ordu-xalq, xalq-ordu birliyinə qoşuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının əmr və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi.  

Əziz qəhrəman və hünər sahibi olan həkimimiz Elşən həkim, sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Yaxşı ki, varsınız.

Oxşar xəbərlər