
Ölkə / Cəmiyyət
14-05-2025, 10:06
455
Gəncə şəhər Abbas Səhhət Xəstəxanasının MRT həkimi Əmirov Fərid Şahin oğlu öz işinə ürəkdən bağlıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edir

Belə həkimlərdən biri də yuxarıda sadaladığım bütün bu olanları özündə cəmləşdirən Gəncə şəhər Abbas Səhhət Xəstəxanasının MRT həkimi Əmirov Fərid Şahin oğludur.
Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Fərid həkim həm həkim, həm qayğıkeş rəhbər, həm də işinin peşəkarı olmaqla bərabər pasientlərlə və tibb personajı ilə xoş ünsiyyət qüraraq onları dinləyir, dərdlərinə şərik olur, qayğılarına qalır. Fərid həkim baxmayaraq ki, rəhbər işdə çalışır xəstəxanada abadlıq və quruculuq işlərində sadə vətəndaş kimi texniki işçilərlə birgə çalışır, onlara dəstək olur.
Hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Fərid həkim öz işinə ürəkdən bağlıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edir, çətinliklərdən, təhlükələrdən qorxmur bütün həyatını insanlara həsr etməyi qəbul edib, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edir və bu yolda addımlayır. Fərid həkimi qəhrəman da adlandırmaq olar. Axı o hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edir, elə zamanlar olur ki, özünü riskə atır, bir sözlə bütün ona müraciət edən vətəndaşın varlığını uzadır. Bunlar hamısı onun əsl böyük əməyidir. Bu cür demək olar ki, həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər.
Koronavirus və İkinci Qarabağ müharibəsi dövründə də Fərid həkim əsl vətəndaşlıq mövqeyini göstərərək ordu-xalq, xalq-ordu birliyinə qoşuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının əmr və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi.
İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: “… Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”. Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Və hazırki dövrdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır.
Əziz qəhrəman və hünər sahibi olan həkimimiz Fərid həkim, sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Yaxşı ki, varsınız.