Zaqatala şəhər Əliabad kəndində Məhərrəm adlı şəxs ali savadı, icazəsi, lisenziyası və sertifikatı olmadan qanunsuz stomatoloq kimi fəaliyyət göstərir
27-07-2023, 13:29
88

Zaqatala şəhər Əliabad kəndində Məhərrəm adlı şəxs ali savadı, icazəsi, lisenziyası və sertifikatı olmadan qanunsuz stomatoloq kimi fəaliyyət göstərir




Hər bir sahədə dələduzlar olduğu kimi, diş həkimliyində də özünü “diş həkimi” kimi, qələmə verənlər var. Hansı ki heç bir tibbi biliyi olmadığı və ya başqa ixtisası olduğu halda həkimlik edirlər. Bunlar üçün insan sağlığı önəmli olmadığından işin ancaq maddiyyat tərəfini düşünürlər. 


Xəstəni əlindən buraxmamaqdan ötrü işi daha ucuz edirlər. Başa düşürəm ki, hər xəstənin qarşısında durduğu “həkim”in tibbi biliyini sınamağa gücü çatmaz.Məsləhət görərdim ki, həkimin ən azından diplomunu tələb etsinlər.Həmçimin daha çox pul qazanmaqdan ötrü işin qiymətini qat-qat artıranlar da var.


Daha çox pul qazanmaqdan ötrü insan həyatını heçə sayan diş həkimlərindən biri də Zaqatala şəhər Əliabad kəndində fəaliyyət göstərən Məhərrəm adlı şəxsdir. Məhərrəm həkim özbaşına evdə diş çəkmək və diş düzəltmək ilə məşğuldur. Dövlətə heç bir vergi ödəmir.  


Qanunsuz fəaliyyət göstərir. Bəlkə də axtarsan heç diplomu belə yoxdur. Çox maraqlıdır bu cür həkimlər niyə hər şeyin asanına qaçmaq istəyirlər ki. İşlədiyi obyekt heç bir standartlara cavab vermir. Səhiyyə Nazirliyindən heç bir sertifikat, lisenziyası yoxdur. Bu cür həkim adı altında fəaliyyət göstərən insanlar qorxmadan, çəkinmədən insan həyatını təhlükəyə atırlar. İnsan həyatı bu cür insanlar üçün heçnə olub artıq.


Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Məhərrəm müəllim kimi qanunsuz, axtarsan heç bir ali savadı olmayan, Səhiyyə Nazirliyindən icazəsi olmadan fəaliyyət göstərən həkimlər araşdırılmalı və barələrində ciddi bir tədbir görülməlidir. Bu cür şəxslər cəmiyyət üçün, insan həyatı üçün olduqca təhlükəli insanlardır.


Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 



Oxşar xəbərlər