Daşkəsən rayon Kobalt qəsəbəsində yerləşən Peşə məktəbində qanunsuzluqlar baş alıb gedir. Rəhbərlik öz işinə niyə məsuliyyətsiz və laqeyd yanaşır?
25-04-2024, 20:58
167

Daşkəsən rayon Kobalt qəsəbəsində yerləşən Peşə məktəbində qanunsuzluqlar baş alıb gedir. Rəhbərlik öz işinə niyə məsuliyyətsiz və laqeyd yanaşır?



Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Daşkəsən rayon Kobalt qəsəbəsində yerləşən peşə məktəbi olduqca yararsız vəziyyətdədir.

Dəfələrlə Təhsil Nazirliyinə, Daşkəsən rayon İcra Hakimiyyətinə və digər dövlət strukturlarına edilən müraciətlərə baxmayaraq məsələ ilə bağlı tədbir görən yoxdur, məsələ biganə yanaşırlar. 

Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Nəticədə məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. 

Peşə məktəbinin hansı vəziyyətdə olduğu video materialda açıq şəkildə görünür. Buradan belə nəticəyə gəlmək olur ki, Peşə məktəbinin direktoru Zamiq müəllim dövlətin ayırdığı vəsaiti mənimsəyib.

Gələcəyimiz olan gənclər bu gün bu cür qəzalı vəziyyətdə olan məktəbdə təhsil alırlar. 5 dəqiqə sonra başlarına hansı fəlakətin gələcəyini bilmədən. Həqiqət budur ki, sözügedən məktəbdə təhsil alan hər bir şagirdin həyatı bu gün təhlükə altındadır. 

Dövlət başçımız cənab İlham Əliyev hər zaman təhsilimizə böyük diqqət və qayğı göstərir. Onun çiçəklənməsi yolunda əlindən gələni əsirgəmir.

Lakin bu gün bəzi şəxslər Prezidentimizin verdiyi səlahiyyətləri heçə sayaraq, vəzifələrindən sui istifadə edirlər. Kimə və nəyə arxayın olub bu gün at oynadırlar.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Öz vəzifəsindən sui istifadə edən hər bir məmur araşdırılmalı, barəsində ciddi tədbirlər görülməlidir. Həmçinin bütün güc strukturlarından xahiş edirik ki, sözügedən peşə məktəbi barəsində tezliklə ciddi bir tədbir görülsün. 

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər