Sabirabad Perinatal Mərkəzinin cərrah ginekoloqu Mehriban xanım öz işinə məsuliyyətli yanaşan, peşəsinə böyük sevgi hissi ilə bağlı olan bir həkimdir
15-04-2024, 13:30
497

Sabirabad Perinatal Mərkəzinin cərrah ginekoloqu Mehriban xanım öz işinə məsuliyyətli yanaşan, peşəsinə böyük sevgi hissi ilə bağlı olan bir həkimdir

Cərrah mama ginekoloq həkimləri - xəstələri hamiləlikdən doğuşa qədər, həmçinin doğuşdan sonrakı dövrdə idarə edən yüksək ixtisaslı mütəxəssislərdir. İşi zamanı cerrah mama ginekoloq həkimləri tibbi yardım göstərmək üçün həm konservativ, həm də operativ üsullardan istifadə edirlər. Belə ki, peşəkar fəaliyyətin həyata keçirilməsi prosesində cerrah mama ginekoloq həkimi ginekoloji cərrahi müdaxilələrlə məşğul olur, bütün növ doğuşları həyata keçirir.
Bu gün haqqında danışmaq istədiyimiz növbəti şəxs Sabirabad Perinatal Mərkəzinin cərrah ginekoloqu Mehriban Yunisovadır.

Araşdırma zamanı məlum olur ki, Mehriban Yunisova ən yüksək balla Azərbaycan Tibb Universtitetinə qəbul olub. Oranı yüksək qiymətləndirmə ilə bitirib. 14 ildir ki, Sabirabad Perinatal Mərkəzində cərrah ginekoloq kimi fəaliyyət göstərir.

Tibb aləmində çalışanlar yəqin ki, Hippokratın “Gözəl davranış haqqında” əsərini yaxşı xatırlayırlar. Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat yazırdı: “İnsana sevgi olan yerdə sənətə də məhəbbət var”. 

Bəlkə də bütün peşəkar həkimlik fəaliyyəti boyu bu ülvi həqiqəti əsas tutmasaydı, Mehriban xanım Azərbaycan səhiyyəsinə üzağlılığı gətirən istedadlı cərrah kimi tanınıb sevilməzdi. Əgər bu amalla xidmət göstərməsəydi tibbdə bu qədər uğur qazana, ən əsası, pasiyentlərinin, sadə insanların və el-obanın sevgisini qazana bilməzdi.

O, yaxşı bilir ki, həkimin başlıca qayəsi xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. İnsana, xüsusilə xəstəyə qayğı, ehtiram həkimdən içdən gələn bir yanğı, həqiqi söz yanğısı istəyir. Bu yanğı ən çox onun davranışında görünür və xəstəyə məlhəm olur. Onun istər həyat, istərsə də təbabət fəlsəfəsinin bir qayəsi var: insanı sağaltmaqla, onu həm də öz məninə qaytarmaq, üzücü düşüncələrdən, inamsızlıqdan xilas etmək...

Peşəkar həkim Mehriban Yunisova daim öz ixtisası üzrə təkmilləşməyə, yeni biliklər öyrənməyə üstünlük verir. Mütəmadi olaraq elmi-praktik konfranslarda, seminarlarda, kurslarda iştirak edərək daim yenilikləri öyrənir.

Mehriban xanım öz işinə məsuliyyətli yanaşan, peşəsinə böyük sevgi hissi ilə bağlı olan bir həkimdir. 

Ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Mehriban xanıma ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi qutsal işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.

Oxşar xəbərlər