Yevlax rayonu Salahlı kəndində aptekdə fəaliyyət göstərən Afdandil adlı şəxs insanların həyatı üçün real təhlükədir
12-02-2024, 12:32
280

Yevlax rayonu Salahlı kəndində aptekdə fəaliyyət göstərən Afdandil adlı şəxs insanların həyatı üçün real təhlükədir

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Yevlax rayonu Salahlı kəndində aptekdə fəaliyyət göstərən Afdandil adlı şəxs qanunsuz fəaliyyət göstərir.

Məsələyə aydınlıq gətirmək üçün baş direktorumuz Qurban müəllim özü birbaşa sözügedən ünvana yollanmışdır.

Araşdırma zamanı məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, Afdandil adlı şəxs bu aptekdə qanunsuz fəaliyyət göstərir. Onun heç bir tibbi savadı, lisenziyası diplomu yoxdur.

Maraqlısı budur ki, bu şəxs kimə və nəyə arxayın olaraq bu gün heç bir savadı olmadan insanların həyatı ilə oynayır. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.

İnsanların həyatını heçə sayan bu şəxsin diplomu, lisenziyası araşdırılsın, barəsində qanuni tədbir görülsün.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər