Sumqayıt zakıs şöbəsinin müdiri Təranə Novruzova əsl insani xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır
29-04-2024, 19:34
57

Sumqayıt zakıs şöbəsinin müdiri Təranə Novruzova əsl insani xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır

Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar. Belə insanlardan biri də Sumqayıt zakıs şöbəsinin müdiri Təranə Novruzovadır.


Təranə xanım məhz bu xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır. O, özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.


O, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. 


Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Təranə xanım elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. 


Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Təranə xanım və onun bütün kollektivinə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

Oxşar xəbərlər