Sabirabad rayon Heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimin əl tutub, iş verdiyi insanların sayı hesabı yoxdur
13-04-2024, 15:21
265

Sabirabad rayon Heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimin əl tutub, iş verdiyi insanların sayı hesabı yoxdur


Bu gün yazımıza Ulu Öndər Heydər Əliyevin məşhur bir sözü ilə başlamaq istəyirəm. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafını məhz Sahibkarlıq sahəsi ilə bağlı olduğunu vurğulayırdı.
Ümumilli liderin hələ o dönəmdə əsasını qoyduğu sahibkarlıq sahəsi bu gündə ölkəmizdə günü-gündən inkişaf edir.

Bu gün haqqında danışmaq istədiyim şəxs Sabirabad rayon Heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimdir. O, insanlara kömək edib, əl tutmağı çox sevir. Əl tutub, iş verdiyi insanların sayı hesabı yoxdur. İşçilərinə hər zaman öz ailəsi kimi qayğı göstərmiş, maddi və mənəvi dəstək olmuşdur.

Hacı Əliş müəllim həmçinin 44 günlük Vətən müharibəsində ordumuza maddi və mənəvi dəstək olmuşdur. Şəhid və qazi ailələrini, həmçinin aztəminatlı ailələri hər zaman diqqət mərkəzində saxlayır, onların yaxşı olmaları üçün əlindən gələni edir. Ümumiyyətlə o, insanlara göstərdiyi qayğıkeşliyi, diqqəti ilə sayılıb seçilən bir insandır. O, bir sahibkar kimi xeyriyyəçilik əməlləri ilə də hər zaman diqqət mərkəzindədir. 

Xeyriyyəçilkdən başqa həmişə dövlətçiliyə sadiq olan Hacı Əliş müəllim sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitindən razılığını bildirir. O, çalışır ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda onun da payı olsun.

Son olaraq bildiririk ki, tutduğu bu yolda Hacı Əliş  müəllimə uğur və müvəffəqiyyətlər arzu edirik. Canınız sağlam, ömrünüz uzun olsun Əziz Hacı Əliş  müəllim!

Oxşar xəbərlər