Gəncə şəhər Heyvandarlıq bazarının yeməkxanasında fəaliyyət göstərən Ayaz Məmmədov qanunsuz əməllər ilə məşğuldur
22-03-2024, 20:48
302

Gəncə şəhər Heyvandarlıq bazarının yeməkxanasında fəaliyyət göstərən Ayaz Məmmədov qanunsuz əməllər ilə məşğuldur

Bu gün redaksiya olaraq siz izləyicilərin nəzərinə bir məqam çatdırmaq istəyirik. 

Belə ki, redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Gəncə şəhər Heyvandarlıq bazarının yeməkxanasında fəaliyyət göstərən Ayaz Məmmədov adlı şəxs qanunsuz əməllər ilə məşğuldur. Belə ki, sözügedən yeməkxanada insanların təhlükəsizliyi təmin olunmur. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir, ilkin yanğınsöndürmə vasitələri, ilə təmin olunmayıb.

Məsələyə aydınlıq gətirmək üçün baş direktorumuz Qurban müəllim özü bir başa sözügedən ünvana yollanmışdır.

Araşdırma zamanı məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, adı hallanan yeməkxanada ciddi qanunsuzluqlar aşkar edilmişdir. Bu yeməkxanada kassa aparatı yoxdur, işçilər forma ilə təmin olunmamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Ayaz adlı şəxs vergidən yayınır. 

Daha aydın desək İnsanların təhlükəsizliyini düşünən yoxdu, yanğın təhlükəsizliyinə əməl edilmir. İşçilərin və qonaqların həyatı ciddi təhlükədədir. Rəhbərlik bu işə qarşı bir tədbir görmür.

Ancaq öz cibini doldurmaq ilə məşğuldur. Buranın sahibi Ayaz adlı şəxsdir. Ayaz müəllim insanların təhlükəsizliyini göz ardı edir, ancaq öz mənafeyini və cibini düşünmək ilə məşğuldur. 

Yanğın hadisələrinin baş verməməsi üçün respublikamızda yanğın təhlükəsizliyi ilə bağlı davamlı olaraq maarifləndirici tədbirlər bütün bölgələrdə keçirilir. Aidiyyatı qurumlar heç mi bu sözügedən yerə baş çəkib, vəziyyəti aşkar etməmişlər.

Burdan belə nəticəyə gəlmək olur ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti daha məsuliyyətli fəaliyyət göstərməlidir. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. İnsanların təhlükəsizliyini heçə sayan, qanunsuz fəaliyyət göstərən bu cür obyektlər araşdırılmalı, aşkar edilməli, Ayaz kimi məsuliyyətsiz, öz mənafeyi üçün çalışan insanlar barəsində ciddi tədbir görülməlidir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər