Daşkəsən Peşə Məktəbinin direktoru Zamiq Həsənov vəzifəsini vicdan və şərəflə icra edir
21-02-2024, 15:07
158

Daşkəsən Peşə Məktəbinin direktoru Zamiq Həsənov vəzifəsini vicdan və şərəflə icra edir

Daşkəsən rayon, Peşə məktəbi respublikamızda fəaliyyət göstərən təhsil ocaqlarından biridir. Burada təkcə Daşkəsən üçün deyil, ölkəmizin digər bölgələri, habelə region üçün peşəkar kadrlar hazırlanır. 


Bu peşə məktəbini bitirən yüzlərlə məzun fədakar əməklərinə görə ad-san qazanmış, dövlət tərəfindən yüksək mükafatlara layiq görülmüşlər. Və təbii ki, bu qədər uğurun arxasında Peşə məktəbinin direktoru Zamiq Həsənov dayanır.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Daşkəsən Peşə Məktəbinin direktoru Zamiq Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.


Zamiq müəllim işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, müəllimlərin dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərinin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən işinin peşəkarı bir insandır.


Zamiq müəllim indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır. Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.


Demək olar ki, Respublikanın əlamətdar günlərini, Ulu Öndərimizin Doğum günü, Anım günü daim onun diqqət mərkəzindədir. O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur. Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. 


Bu cür savadlı, işinin peşəkarı olan kadrlara üstünlük verdiyi üçün Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə təşəkkür edirik. Emin Əmrullayev ümumiyyətlə dünya görmüş bir insandır. Əlindən gəldiyi qədər peşəkar kadrlarla işləməyə üstünlük verir.


Nəzərinizə onu da çatdırmaq istəyirik ki, Zamiq müəllimin gördüyü işlər, dövlət və dövlətçiliyimizə verdiyi töhfələr hər zaman redaksiyamızın diqqət mərkəzindədir. 

 

Biz də bu çətin və şərəfli işində Zamiq müəllimə və onun bütün kollektivinə gələcək işlərində uğur və nailiyyətlər arzulayırıq.

Oxşar xəbərlər