ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər
11-04-2024, 13:28
282

ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər




ABŞ Ermənistana hərbi məsləhətçi və texnika göndərir.

Publika.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini deyib.

Səfir qeyd edib ki, ABŞ və Ermənistan arasına hərbi sahə üzrə aktiv müzakirələr aparılır. Onun sözlərinə görə, ABŞ-dan Ermənistana hərbi müşavir də göndəriləcək: “ABŞ-dan göndəriləcək məsləhətçi Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”.

Səfir Ermənistana hərbi texnikanın verilməsinin də müzakirə edildiyini diqqətə çatdırıb.

“Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik. Bu müqavilələrdən birini qeyd edə bilərəm: Ermənistan münaqişə bölgəsinə daxil ola biləcək zirehli təcili yardım maşınları istədi. Biz bununla bağlı razılığa gəlmişik və hazırda bu texnikanın göndərilməsinin yolları üzərində işləyirik”, - o vurğulayıb.

Səfir ABŞ nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyini də istisna etməyib.

Amerikalı səfirin açıqlamaları Vaşinqtonun İrəvana hərbi yardım göstərdiyinin etirafı hesab oluna bilər və təbii ki, Quinnin dedikləri yalnız ictimaiyyətə açıqlanması mümkün olan məlumatlardır. Aydındır ki, ABŞ-ın Ermənistana hərbi texnika verməsi gündəmdədir. Ameriaklı məshlətçinin Ermənistan MN-də işləmək üçün göndərilməsi də bu əməkdaşlığın dərinliyindən xəbər verir. ABŞ-ın verə biləcəyi mümkün hərbi texnikanın Azərbaycana qarşı istifadə ediləcəyi də aydındır. Misal üçün, Ermənistanın münaqişə bölgəsinə girə bilmək üçün istədiyi zirehli təcili yardım maşınlarının Azərbaycanla mümkün hərbi eskalasiyada sərhədlərimizdə istifadə ediləcəyi bəllidir.ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər

Oxşar xəbərlər