Paşinyan müdafiə nazirinə Əliyevdən qorxduğu haqda nələr deyib?
11-04-2024, 13:29
181

Paşinyan müdafiə nazirinə Əliyevdən qorxduğu haqda nələr deyib?






Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra müdafiə nazirinə Azərbaycan Prezidenti İlham Əliyevdən çəkindiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətdə olan Arşak Karapetyan deyib.

Karapetyan bildirib ki, Paşinyan Əliyevin qəzəbindən qorxur: “O, şəxsən mənə dedi ki, ehtiyatlı olaq, İlham Əliyev çox qəzəblidir”.

Karapetyan 2021-ci ildə Ermənistanın müdafiə naziri olub. 2021-ci ilin noyabrında sərhəddə baş verən təxribatdan sonra Paşinyan onu məsuliyyətsizliyinə görə işdən çıxarıb.

Oxşar xəbərlər