Ölkə / Cəmiyyət
10-12-2023, 22:36
237
Şəmkir rayonu Qaracəmirli kənd ərazisində fəaliyyət göstərən “Dalğa” Ailəvi İstirahət Mərkəzində insanların təhlükəsizliyi təmin olunmur
Bu gün redaksiya olaraq siz izləyicilərin nəzərinə bir məqam çatdırmaq istəyirik.
Belə ki, redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayonu Qaracəmirli kənd ərazisində fəaliyyət göstərən “Dalğa” Ailəvi İstirahət Mərkəzində insanların təhlükəsizliyi təmin olunmur. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir, ilkin yanğınsöndürmə vasitələri, səs-siqnalizasiya qurğuları ilə təmin edilməyib, propan qaz balonlarından istifadə edilir.
Məsələyə aydınlıq gətirmək üçün baş direktorumuz Qurban müəllim özü bir başa sözügedən ünvana yollanmışdır.
Araşdırma zamanı məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, adı hallanan ailəvi istirahət mərkəzində ciddi qanunsuzluqlar aşkar edilmişdir.
Daha aydın desək İnsanların təhlükəsizliyini düşünən yoxdu, yanğın təhlükəsizliyinə əməl edilmir. İşçilərin və qonaqların həyatı ciddi təhlükədədir. Rəhbərlik bu işə qarşı bir tədbir görmür.
Ancaq öz cibini doldurmaq ilə məşğuldur. Buranın sahibi Xəyyam adlı şəxsdir. Xəyyam müəllim insanların təhlükəsizliyini göz ardı edir, ancaq öz mənafeyini və cibini düşünmək ilə məşğuldur.
Yanğın hadisələrinin baş verməməsi üçün respublikamızda yanğın təhlükəsizliyi ilə bağlı davamlı olaraq maarifləndirici tədbirlər bütün bölgələrdə keçirilir. Aidiyyatı qurumlar heç mi bu sözügedən yerə baş çəkib, vəziyyəti aşkar etməmişlər.
Burdan belə nəticəyə gəlmək olur ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti daha məsuliyyətli fəaliyyət göstərməlidir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. İnsanların təhlükəsizliyini heçə sayan, qanunsuz fəaliyyət göstərən bu cür obyektlər araşdırılmalı, aşkar edilməli, Xəyyam kimi məsuliyyətsiz, öz mənafeyi üçün çalışan insanlar barəsində ciddi tədbir görülməlidir.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.