Qax rayonu Zəyəm Kənd Bələdiyyə binasında diş həkiminin qanunsuz fəaliyyətinə kim icazə verib?
27-12-2023, 14:14
57

Qax rayonu Zəyəm Kənd Bələdiyyə binasında diş həkiminin qanunsuz fəaliyyətinə kim icazə verib?


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Qax rayonu Zəyəm kənd Bələdiyyəsinin sədri Tural müəllim idarəçilikdə bir çox qanunsuzluğa yol verir. Daxil olan şikayəti araşdırmaq üçün baş direktorumuz Qurban müəllim özü sözügedən ünvana yollanmışdır.

Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, Bələdiyyə sədri Tural müəllim öz işinin öhtəsindən layiqincə gələ bilmir. Üzərinə düşən öhtəlikləri icra edə bilmir. Hələ bu azmış kimi Bələdiyyəyə aid binadan diş həkiminə otaq belə verib.

Diş həkimini Bələdiyyəyə aid binada yerləşdirib. Hal hazırda bu gün həmin diş həkimi sözügedən binada fəaliyyət göstərir. Məsələ burasındadır ki, Tural müəllim bu otağı havayı yerə verməz diş həkiminə. Yəqin ki, müəyyən məbləğ qarşısında kirayə verib.

Adam nə qədər düşüncəsiz olar ki, dövlətə aid olan binadan qanunsuz şəkildə diş həkiminə otaq kirayə verə. 

Sözügedən Bələdiyyə binasında fəaliyyət göstərən Şəhriyar adlı diş həkiminin araşdırsaq yüz faiz heç ali təhsili belə yoxdur. Çünki ali təhsili, savadı olan heç bir həkim xəstəxananı qoyub, gəlib Bələdiyyə binasında fəaliyyət göstərməz. 

Məsələyə aydınlıq gətirmək üçün baş direktorumuz Qurban müəllim özü Bələdiyyə sədri Tural müəllim ilə telefon bağlantısı yaratmışdır. Tural müəllim cavabında həmin diş həkimindən xəbəri olmadığını bildirmişdir. Çox maraqlıdır. Bələdiyyə sədrinə aid olan bir binada Tural müəllimin baş verənlərdən necə xəbəri yoxdu? 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Dövlətə məxsus Bələdiyyə binasında Diş həkimin fəaliyyət göstərməsi nə dərəcədə düzgündür? Bələdiyyə sədri Tural müəllimə kim icazə verib ki, bu cür qanunsuzluq edir.

Aidiyyatı qurumlar və bütün güc strukturlarından xahiş edirik ki, məsələ araşdırılsın, qanunsuzluğu törədənlər Qax rayonu Zəyəm Kənd Bələdiyyəsinin sədri Tural müəllim və diş həkimi Şəhriyar adlı şəxs barəsində lazimı tədbirlər görülsün. 
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər