Yerətrafı kosmosda sirli obyekt aşkar edildi
Bu gün, 11:11
863

Yerətrafı kosmosda sirli obyekt aşkar edildi

 
Astronomlar Günəş sistemindən keçən yeni ulduzlararası obyekt aşkarlayıblar.
Ilkin müşahidələrə görə, obyekt Günəş sistemindən kənardan gəlib və yüksək sürətlə hərəkət edir.
Alimlər onun tərkibini, ölçüsünü və mənşəyini müəyyən etmək üçün dünyanın müxtəlif rəsədxanalarında müşahidələri davam etdirirlər.
Mütəxəssislərin fikrincə, bu cür obyektlər Günəş sisteminin yaranması və digər ulduz sistemləri haqqında yeni məlumatlar əldə etmək baxımından böyük elmi əhəmiyyət daşıyır.
Yaxın aylarda aparılacaq müşahidələrin obyektin təbiətinə aydınlıq gətirəcəyi gözlənilir.

Oxşar xəbərlər