Qusar rayonunda Fətulla adlı şəxs dövlətin qanunlarını heçə sayır
28-10-2023, 20:11
90

Qusar rayonunda Fətulla adlı şəxs dövlətin qanunlarını heçə sayır


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Qusar rayonunda Fətulla adlı şəxs qanunsuz sex işlədir. Məsələyə aydınlıq gətirmək üçün baş direktorumuz Qurban müəllim özü bir başa sözügedən ünvana yollanmışdır.

Araşdırmamız nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, Fətulla adlı şəxsin qanunsuz sex işlətməyi bir kənara, azyaşlı işçilər belə işlədir.

Bu sexdə işçilərin təhlükəsizliyini düşünən yoxdu, yanğın təhlükəsizliyinə əməl edilmir. Fətullah adlı şəxsin oğlu da FHN-nin əməkdaşıdır. Oğlu da dövlətin qanunları yaxşı bilə bilə bu gün Fətulla adlı şəxs bu boyda qanunsuz əməl törədir. Sexdə demək olar ki, bütün tokların hər birinin üstü açıq vəziyyətdədir. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.

İnsanların təhlükəsizliyini düşünməyən, işçilərinin həyatını heçə sayan bu cür qanunsuz sexlər işlədən sex sahibləri araşdırılmalı, haqqlarında lazımi tədbirlər görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər