
Dünya / İdman
Dünən, 13:00
643
“Qızıl top”a namizədlərin əmsalları yeniləndi - Lider kimdir?

“Polymarket” platforması 2026-cı il Dünya Kubokundan sonra “Qızıl top” mükafatının qalibi üçün əmsallarını yeniləyib.
İspaniya millisinin hücumçusu Lamin Yamal nüfuzlu mükafata əsas namizəddir. Platforma istifadəçiləri onun qalib gəlmək şansını 51% qiymətləndirirlər.
İngiltərə millisinin hücumçusAu Harri Keyn 27%-lə ikinci yerdədir. Argentina millisinin kapitanı Lionel Messi (8%) və Fransa millisinin hücumçusu Kilian Mbappe (4%) növbəti yerdədirlər.
İspaniya millisi finalda Argentinanı əlavə vaxtda 1-0 hesabı ilə məğlub edərək dünya çempionu olub.




