
Dünya / Siyasət
Dünən, 17:05
784
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
Çeçenistan lideri Ramzan Kadırov Ukrayna mövzusu ilə bağlı növbəti dəfə diqqət çəkən bəyanat verib.
O, "Telegram" kanalında paylaşım edərək deyib ki, Ukraynaya silah və kəşfiyyat məlumatları ilə yardım göstərən ölkələrə qarşı da hücumlar təşkil olunmalı, onlara "atəş açılmalıdır".
"NATO abreviaturasının arxasında gizlənərək utanmadan, açıq və inadkarlıqla Ukrayna faşistlərinə silah, kəşfiyyat və digər dəstək verən ölkələrdən başlamaq pis olmazdı. Atəş açmağın vaxtıdır!",- Kadırov çağırışında deyib.
Onun sözlərinə görə, Ukraynanın NATO tərəfdarları yalnız güc dilini başa düşürlər: "Onlar trotilin qoxusunu hiss edən, "Kalaşnikov"un gurultusunu və "T-90"ın səsini eşidən kimi hər şeyi başa düşəcək və həqiqətə doğru gələcəklər".




