Samux rayon Yeni kəndində Saməddin adlı şəxs qeyri qanuni stomatoloji fəaliyyət göstərir
14-06-2023, 12:01
82

Samux rayon Yeni kəndində Saməddin adlı şəxs qeyri qanuni stomatoloji fəaliyyət göstərir



“İnsanların sağlamlığını saya salmadan fəaliyyət göstərən bir çox stomotoloji kabinetlər, əslində ciddi nəzarətə götürülməli və müvafiq qaydalar əsasında da fəaliyyətləri dayandırılmalıdır”.


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Samux rayon Yeni kəndində Saməddin adlı şəxs qeyri qanuni stomatoloji fəaliyyət göstərir. Araşdırma aparmaq üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollandı. 


Nəticədə məlum oldu ki, şikayət əsaslı imiş. Əlimizdə olan məlumatlardan belə başa düşülür ki, Saməddin bey həftənin tək günləri qeyri rəsmi fəaliyyət göstərir. Bizdə olan məlumatlara əsasən Səhiyyə Nazirliyinin icazə kağızı belə yoxdur. Oturduğu yerin heç bir sənədi falan yoxdur. Işlətdiyi alətlər heç bir standartlara cavab vermir. 


Həmçinin köhnə, uçuq bir binada fəaliyyət göstərir. Əslində ciddi araşdırılma aparılmalıdır. Bəlkə də heç Saməddin adlı şəxsin heç tibb diplomu belə yoxdur. Bu cür insanlar yalnız öz ciblərini düşünürlər. Xəstələrin həyatlarını heçə sayırlar. 


Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. 


Yazıb xahiş edirik ki, bu cür insanlar araşdırılmalı, haqqlarında ciddi bir tədbir görülməlidir. 


Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər