Samux rayonu Qarayeri qəsəbəsi Quşqara çayının kənarında qanunsuz fəaliyyət göstərən qum karxanası ekologiyaya ciddi ziyan vurur
24-10-2023, 20:21
47

Samux rayonu Qarayeri qəsəbəsi Quşqara çayının kənarında qanunsuz fəaliyyət göstərən qum karxanası ekologiyaya ciddi ziyan vurur



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda mütəmadi olaraq  daş və qum-çınqıl yatağlarının səmərəli istifadəsi üzrə reydlər keçirir.
Nazirlik apardığı yoxlamalar nəticəsində qanunsuz və ətraf mühitə  ziyan vuran karxanalar aşkarladıqda onların sahiblərinə qarşı müvafiq tədbirlər görür , protokollar tərtib edir, iddialar qaldırır  və həmin karxanaların bağlanması üçün dövlət orqanlarına müraciət edir.

Lakin elə karxanalar var ki, hal-hazırda da ekologiyaya ciddi ziyan vursalar da onlara reaksiya verilmir. Belə karxanalardan biri də Samux rayonu Qarayeri qəsəbəsi Quşqara çayının kənarında fəaliyyət göstərir. Qum karxanasının sahibi Hüseyn adlı şəxsdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Hüseyn adlı şəxs qanunsuz əməllər ilə məşğuldur. Sözügedən ərazidə yəni, Samux rayonu Qarayeri qəsəbəsi Quşqara çayının kənarında qazıntı işləri aparır, ekologiyaya ciddi zərər vurur. Sakinlərinin dediyinə görə karxananı işlədənlər uzun müddətdir ki , çayın hövzəsini qazırlar. Əməkdaşlarımız ərazidə olarkən karxanada texnikanın dayanmadan işlədiyinin şahidi olublar.

Maraqlıdır görəsən nə səbəbdən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi, Samux rayon İcra hakimiyyəti və digər müvafiq yerli qurumlar ekologiyaya ciddi ziyan vuran bu karxananın fəaliyyətini indiyəcən görməyiblər və karxanayla bağlı bir tədbir görülməyib?!

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Sözügedən ərazidə ciddi yoxlamalar aparılsın, Ətraf mühitə ziyan vuran bu kimi digər  karxanalar aşkarlansın, sahiblərinə qarşı müvafiq tədbirlər görülsün. Həmçinin Hüseyn adlı şəxs barəsində də ciddi bir tədbir görülsün. 

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər