Şəmkir rayon, Çinarlı qəsəbəsi ərazisində qanunsuz fəaliyyət göstərən daş qum çınqıl sexi aşkar edilmişdir
24-05-2023, 19:50
34

Şəmkir rayon, Çinarlı qəsəbəsi ərazisində qanunsuz fəaliyyət göstərən daş qum çınqıl sexi aşkar edilmişdir

Azərbaycanın Qərbində yerləşir. "Şəmkir"adı ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qala V-VI əsrlərdə Əhəmənilər tərəfindən inşa edildiyi söylənilir. Şəmkir rayonun özünəməxsus gözəl mənzərəsi var əsrarəngiz dağ havası vardır. 

Gələk əsas məsələmizə. Bir neçə gün əvvəl redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon, Çinarlı qəsəbəsi ərazisində qanunsuz fəaliyyət göstərən daş qum çınqıl sexi aşkar edilmişdir. Buranı, karyeri yəni işlədən Tahir adlı şəxsdir. Ekologiya nazirliyi tərəfindən buranı işlətməsi üçün heç bir sənədi yoxdur. Sənədsiz, dövlətdən icazəsiz qum, daş karxanası işlədir. Heç kimdən qorxmur, çəkinmir ən əsası isə utanmır.Ekologiyaya ciddi zərər vurur. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.

Niyə insanların ekologiyaya belə bir ziyan vermələrinə icazə verirlər. Hara baxır Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ölkədə bu cür qanunsuzluq baş alıb gedir. 

Yazıb sizə bildirmək istəyirik ki, tezliklə Tahir müəllim və onun havadarlarının qanun qarşısında cavab vermələrini xahiş edirik. 
 

Oxşar xəbərlər