Şəmkir rayon, Zəyəm qəsəbəsində Həsən adlı şəxsin işlətdiyi qanunsuz fəaliyyət göstərən yeşik sexi aşkar edilmişdir
8-06-2023, 10:06
63

Şəmkir rayon, Zəyəm qəsəbəsində Həsən adlı şəxsin işlətdiyi qanunsuz fəaliyyət göstərən yeşik sexi aşkar edilmişdir

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon Zəyəm qəsəbəsində qanunsuz fəaliyyət göstərən yeşik sexi aşkar edilmişdir. Bu sexin müdiri Eyubov Həsən adlı şəxsdir. 


Həsən aldı şəxs öz şəxsi gəliri üçün ekologiyaya ciddi zərər vurur. Fıstıq ağacları və başqa ağaclar kütləvi şəkildə qırılır.  Bu ağaclara qarşı soyqırımdır. Həsən adlı şəxs nədi nədi öz sexini işlədəcək deyə bütün ağaclara, ekologiyaya bu qədər ziyan vurmalıdır? 


Insan nə qədər qəddar ola bilərki təmiz havanı bizə bəxş edən ağacları bu günə qoya.


Kimə arxayın olub bu əməli rahatlıqla yerinə yetirirlər bilmirik. Bəlkə də onlara da bu tapşırıq başqaları tərəfindən verilmişdir.


Redaksiyamız hadisə yerində araşdırma apardı. Əlimizdə olan faktlarla belə qənaətə gəldik ki, şikayət həqiqətən əsaslı imiş. Həqiqətən də Həsən adlı şəxs qanunsuz ağac kəsimi ilə məşğuldur.


Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ekologiya və Təbii Sərvətlər Nazirimiz cənab Muxtar Babayev, Şəmkir rayon Regional Meşə idarəsinin rəisi. Yazıb sizdən xahiş edirik. Bu cür qanunsuz fəaliyyət göstərən yeşik, taxta sexləri və bu sexlərin fəaliyyəti üçün ağaclara zərər verən şəxsləri, bir sözlə Ekologiyamıza ciddi ziyan verən insanlar barəsində araşdırma aparıb,  tezliklə ciddi bir tədbir görsünlər.


Bu cür icazəsiz, heç bir səbəb və məqsədi olmadan ağaclara ziyan verən insanlar zamanında və yerində layiqincə cəzalandırılmalıdırlar. 


Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...














Oxşar xəbərlər