Balakən rayonu ərazisində Ekbal adlı şəxsin meşə ərazisində apardığı qanunsuz qazıntı işləri Ekologiyaya ciddi zərər vurur
10-07-2023, 12:29
129

Balakən rayonu ərazisində Ekbal adlı şəxsin meşə ərazisində apardığı qanunsuz qazıntı işləri Ekologiyaya ciddi zərər vurur

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Balakən rayonu ərazisində meşə ərazisində aparılan qazıntı işləri Ekologiyaya ciddi zərər vurur. Məsələni araşdırmaq üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Balakən rayonu ərazisində Ekologiyaya ciddi zərər vurulur. Səbəbsiz yerə qazıntı işləri aparılır. Bütün bu qanunsuz işləri görən şəxsin adı Ekbaldır.

Ümumiyyətlə Ekologiya ərazisində daş karxanasının olması qeyri mümkün bir haldır. Çox maraqlıdır görəsən bu Ekbal adlı şəxs bu qanunsuzluqları kimə güvənib, arxayın olub edir? Bəs aidiyyatı qurumlar heç mi xəbərdar deyil bu boyda qanunsuzluqdan? Bəlkədə xəbərdardırlar sadəcə özləri görməzdən gəlirlər. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ekologiyaya bir xeyiri dəyməyən bu cür insanlar ona zərər vermək üçün əllərindən gələni edirlər. Ekbal kimi insanlar araşdırılmalı, haqqlarında ciddi tədbir görülməlidir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər