İmişli şəhərində Fuad adlı şəxs ekologiyaya ciddi ziyan vurur
10-06-2023, 16:18
55

İmişli şəhərində Fuad adlı şəxs ekologiyaya ciddi ziyan vurur

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, İmişli şəhərində Fuad adlı şəxs ekologiyaya ciddi ziyan vurur.

Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü məhz sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində aydın oldu ki, həqiqətəndə şikayət əsaslı imiş. Belə ki, İmişli rayonu ərazisində Araz çayının yaxınlığında Fuad adlı şəxs obyekt işlədir. Çayının yaxınlığında qazıntı işləri aparmaqla məşğuldurlar. Aparılan qazıntı işləri, görülən başqa işlər hamısı ekologiyaya ciddi ziyan vurur. Işlətdiyi obyektin sənədləri belə düzgün deyil. Yəni dövlət sənədlərindən xeyli fərqlənir. 

Çox maraqlıdır, qazıntı işləri apararaq ətrafı nə günə qoyublar. Hara baxır görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bu boyda qanunsuzluğa necə göz yuma bilirlər. Ekologiyaya bir qəpiklik xeyiri olmayan insanlar, korlamaq üçün əllərindən gələni edirlər. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür heç bir səbəb və məqsədi olmadan yalnız öz ciblərini düşünərək Ekologiyamıza zərər verən şəxslər araşdırılıb, yerindəcə tədbir görülməlidir. 

Yazıb xahiş edirik ki, tezliklə Fuad adlı şəxs və onun qanunsuz fəaliyyət göstərdiyi obyekti barəsində ciddi bir tədbir görülsün. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər