Balakən rayon  Yol idarəsinin asfalt zavodundan çıxan tüstü havanı korlayır, ekologiyanı məhv edir
2-08-2023, 13:40
315

Balakən rayon Yol idarəsinin asfalt zavodundan çıxan tüstü havanı korlayır, ekologiyanı məhv edir



Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Balakən rayon Yol idarəsinin asfalt zavodu ekologiyaya ciddi ziyan vurur. Şikayəti araşdırmaq məqsədi ilə redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqən əsaslı imiş.  


Belə ki, Balakən rayon  Yol idarəsinin asfalt zavodundan çıxan tüstü havanı korlayır, ekologiyanı məhv edir.
Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami müəllimdir. Nizami müəllim özü öz işinə məsuliyyətsiz yanaşan bir insandır. Öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilmir. Rüşvət və Korrupsiyanın çiçəklənməsini üçün əlindən gələni əsirgəmir.


Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq aidiyyatı qurumlar məsələ ilə maraqlanmır. Çox maraqlıdır bu qanunsuz əməli törədən şəxslər heçmi düşünmür. 


Ekologiyaya zərrə xeyirləri dəyməyən insanlar, onu məhv etmək üçün niyə əllərindən gələni edirlər? Maraqlısı budur ki, başqa aidiyyatı qurumlar niyə bu məsələni görməzdən gəlir? Yəni bu boyda qanunpozuntusunu heçmi görməyiblər?


Bu cür obyekt sahibləri dövlətin və cənab prezidentimizin ona göstərdiyi etimaddan sui istifadə edərək dövlətin qanunlarına zidd gedirlər. Öz işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Vəzifələrinə məsuliyyətsiz yanaşırlar, həmçinin sui istifadə edirlər.


Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür qanunsuz hallar araşdırılmalı və lazımi tədbir görülməlidir. Həmçinin öz işinin öhdəsindən layiqincə gələ bilməyən insanlar barəsində ciddi bir tədbir görülməlidir.


Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər