Göygöl rayon, Balçılı kəndində ciddi su problemi yaşanır
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Göygöl rayon, Balçılı kəndində ciddi su problemi yaşanır. Belə ki, vətəndaş Əliyev Zeynal bizə yazılı müraciət etmişdir. Şikayəti aydınlaşdırmaq üçün birbaşa adı keçən əraziyə yollandıq. Nəticədə məlum oldu ki, şikayət əsaslı imiş.
Belə ki, vətəndaş Hüseynov İlqar Aydın oğlu kənddə dərəbəylik edir. Suyun insanların məhləsinə getmeyinə mane olur. Sakinlərin dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. İlqar adlı şəxs kimə güvənərək bu addımı atır bilmirik.
Çünki kənd camaatına hədə qorxu gəlir. Kimə istəyirsiniz gedin deyin deyir. Sakinlərin bağı, bağçası susuzluqdan məhv olur. Üzümüzü tuturuq aidiyyatı qurumlara. Məsələ ilə bağlı ciddi araşdırma aparmalarını xahiş edirik. Hara baxır görəsən Göygöl rayon Regional Su idarəsinin rəisi İsmayıl müəllim. Işinə niye belə laqeyd yanaşır ki, sakinin biri vətəndaşlara suyu 40 manata satır.
Vətəndaşlarla, onların problemləri ilə maraqlanmır. Aidiyyatı qurumlar bu cür işinə məsuliyyətsiz yanaşan insanlar barəsində tezliklə ciddi bir tədbir görməlidirlər.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.