Goranboy rayonu Yol İdarəsinin müdiri Mübariz müəllim özbaşınalıq edir
11-05-2023, 13:59
41

Goranboy rayonu Yol İdarəsinin müdiri Mübariz müəllim özbaşınalıq edir



Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Goranboy rayonu Yol İdarəsinin müdiri Mübariz müəllim özbaşınalıq edir, qanunsuz hərəkətlər sərgiləyir. 
Məsələ ilə bağlı tam dəqiq araşdırma aparmaq üçün Direktorumuz Seymur müəllim özü məhz Goranboy rayonuna getmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, özəl restoranların qabağına asfalt tökülür. Mübariz müəllim öz maddi gəlirini düşünərək, dövlətə heç bir pul köçürülmədən restoranların qarşısını asfaltlayır, qazandığı pulu isə özünə götürür. Dövlətin texnikalarını, avadanlıqlarını öz cibi üçün işlədir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Mübariz müəllimin etdiyi bu boyda qanunsuz əməli heçmi görmürlər? Yoxsa görüb görməzdən gəlirlər. 
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.



[media=https://youtu.be/3PylzfS2afQ]

Baş direktor 
M.Seymur 




 

Oxşar xəbərlər