Gədəbəy rayonu ərazisində fəaliyyət göstərən bazar kəndin antisanitariya mərkəzinə çevrilib
2-06-2023, 13:14
35

Gədəbəy rayonu ərazisində fəaliyyət göstərən bazar kəndin antisanitariya mərkəzinə çevrilib

Gədəbəy rayonu ərazisində fəaliyyət göstərən bazar kəndin antisanitariya mərkəzinə çevrilib. Bazarda ətraf rayonlardan mallar gətirilərək satışa çıxarılır. 

Redaksiyamıza da daxil olan şikayət məhz bununla bağlı idi. Araşdırma aparmaq üçün redaksiyamız sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət əsassız deyilmiş. Bazarda həqiqətən antisanitariya baş alıb gedir. 

Daha aydın desək, məhsullar antisanitariya şəraitində satılır. Zibillər isə ətrafa tökülür, həmçinin Zəyəm çayının qolu olan çaya axıdılır. Bununda nəticəsində ətraf ərazi təhlükəli zonaya çevrilmişdir. 

Dəfələrlə sakinlər aidiyyatı qurumlara müraciət etsələr də heç bir cavab gəlməmişdir. Bazarın yiyəsi Xanlar adlı şəxsdir. Xanlar müəllimin özünə dəfələrlə sakinlər, satıcılar şikayət etsələr də, o heç bir zaman bu şikayətlərə əhəmiyyət verməmişdir. 

Bazar satıcıları satıcılardan müəyyən məbləğ pul yığıb tezliklə düzələcəyini vəd etsələr də hələki bir yenilik yoxdur. Xanlar müəllim özü də işinə laqeyd yanaşır. Bu bazar əsl xəstəlik yuvasıdır. Hələ bazarın sanitariya qovşağını demirik sizlərə. Baxımsızlıqdan nə vəziyyətə düşüb. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Hara baxır Bələdiyyə və yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Işlərini düzgün icra edə bilmədikləri üçün ekologiyaya ciddi ziyan vurulur.

Aidiyyatı qurumlardan yazıb xahiş edirik məsələ ilə bağlı ciddi araşdırılma aparılsın. Bu cür antisanitariya, xəstəlik yuvası olan yerlər barəsində tezliklə ciddi bir tədbir görülsün. Bu yerləri bu vəziyyətə gətirən insanlar barəsində ciddi tədbir görülsün.


Oxşar xəbərlər