
Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyevə işini vicdan və ləyaqətlə yerinə yetirdiyi üçün təşəkkür edir, gələcək işlərində uğur və nailiyyətlər arzu edirik
Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyevdir.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Şöhrəddin müəllim işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir.
Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən insanlardandır.
Onun indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.
Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Şöhrəddin müəllim işlədiyi Gəncə rayon Sukanal TSC-də işlərin yüksək səviyyədə təşkilinə , eləcədə böyük uğurlar qazanması onun zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Şöhrəddin müəllimə və onun bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.