Lənkəran rayon 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevə dövlətə və dövlətçiliyimizə verdiyi töhfələrə görə təşəkkür edirik
13-06-2023, 21:17
138

Lənkəran rayon 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevə dövlətə və dövlətçiliyimizə verdiyi töhfələrə görə təşəkkür edirik

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.


Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Lənkəran rayon 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevdir.


Şakir müəllim işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən insanlardandır.


Şakir müəllimin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.


Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.


O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!


Ulu Öndərimizin Doğum günü, Anım günü daim onun diqqət mərkəzindədir.


O, hər zaman öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur.


Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin adını,  yüksək reytinqini hər şeydən uca tutur. 


Bu gün Şakir müəllimin adı böyük fəxr hissi ilə səslənir.


Bizdə öz növbəmizdə Redaksiyamız adından işində göstərdiyi uğurlu və peşəkar fəaliyyətinə görə Şakir müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.


2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik. 

Oxşar xəbərlər