Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva işinin peşəkarı bir insandır
17-06-2023, 13:01
107

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva işinin peşəkarı bir insandır

Bu gün haqqında söhbət açmaq istədiyimiz şəxs Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayevadır.


Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.


Dilarə xanım işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən insanlardandır.
Dilarə xanım indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.


Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!


Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.


Dilarə xanım işlədiyi ATİAHİ Göygöl rayon komitəsində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Dilarə xanımın zəhməti sayəsində başa gəlib.


Bizdə bu çətin və şərəfli işində Dilarə xanıma və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Oxşar xəbərlər