Qurbanov Azad Əli oğluna dövlətə və dövlətçiliyimizə verdiyi töhfələr üçün təşəkkür edir, gelecek işlərində uğur və müvəffəqiyyətlər arzu edirik
20-06-2023, 13:54
38

Qurbanov Azad Əli oğluna dövlətə və dövlətçiliyimizə verdiyi töhfələr üçün təşəkkür edir, gelecek işlərində uğur və müvəffəqiyyətlər arzu edirik



Bu gün haqqında söhbət açmaq istədiyimiz daha bir ziyalı insan Tovuz şəhəri, Dönük Qırıxlı kənd sakini Qurbanov Azad Əli oğludur.


Azad müəllim 1978 ci il 31 Dekabr tarixində anadan olmuşdur. O, Kənd Təsərrüfatı Akademiyasını bitirib. Daha sonra 2 nömrəli orta məktəbdə təsərrüfat müdiri işləyib. Daha sonra 3 il Su idarəsində çalışıb. Hal hazırda tütünçülüklə məşğuldur. Daha dəqiq desək artıq öz sahəsinin peşəkarı bir insandır. 


Azad müəllim Tovuz rayonunda tütünçülüklə məşğul olur. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, yığılan tütünün xaricə ixracı başlayıb artıq. Azad müəllim işlərin günü-gündən böyüməsi üçün əlindən gələnin artığını edir.


O, işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərinin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Işçilərinin problemləri ilə yaxından maraqlanır, həllində əlindən gələnin artığını etməyə çalışır.


Əl tutub, kömək etdiyi insanların sayı hesabı yoxdur. Bir sahibkar kimi şəhid və qazi ailələrinə hər daim maddi və mənəvi dəstək olur. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən işinin peşəkarı bir insandır.


Azad müəllimin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.


O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur.


Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. 
Biz də bu çətin və şərəfli işində Azad müəllimə və onun bütün kollektivinə gələcək işlərində uğur və nailiyyətlər arzulayırıq.


2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər