Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
Dünən, 11:33
709

Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?

 
İsrailin “The Jerusalem Post” qəzeti Türkiyənin Yaxın Şərqdə təsirini artırdığını və Ankara, Qətər və Pakistan arasında formalaşan strateji əməkdaşlığın Təl-Əvivdə narahatlıq yaratdığını yazıb.
Nəşrin iddiasına görə, Türkiyə bu üçtərəfli əməkdaşlığın əsas aparıcı qüvvəsidir və gələcəkdə Səudiyyə Ərəbistanı ilə Misir də bu bloka qoşula bilər.
Məqalədə Ankaranın xüsusilə Suriyada təsir imkanlarını genişləndirdiyi, həmçinin İraq, Livan və Qətərlə əlaqələrini gücləndirdiyi vurğulanıb. Türkiyə ilə Qətər arasında hərbi, iqtisadi və diplomatik əməkdaşlığın dərinləşdiyi, Ankaranın Qətərdə daimi hərbi bazasının olduğu da xatırladılıb.
Nəşr Türkiyə-Pakistan əməkdaşlığına da diqqət çəkərək bildirib ki, Ankara hazırda Pakistanın əsas silah təchizatçılarından biridir və iki ölkə beynəlxalq platformalarda, o cümlədən BMT-də bir sıra məsələlərdə eyni mövqedən çıxış edir.
Qeyd olunub ki, Qətərin maliyyə imkanları, Türkiyənin hərbi potensialı və Pakistanın nüvə qabiliyyəti regionda yeni güc balansı yaradır və bu vəziyyət İsrail üçün ciddi çağırış hesab olunur.

Oxşar xəbərlər