Ağcabədi rayon Qoruqçuluq İdarəsinin rəisi Xəzər müəllim işinin öhtəsindən vicdanla gəlir
4-03-2024, 12:44
80

Ağcabədi rayon Qoruqçuluq İdarəsinin rəisi Xəzər müəllim işinin öhtəsindən vicdanla gəlir



Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. 


Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. 


Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi rayon Qoruqçuluq İdarəsinin rəisi Xəzər müəllimdir.


Xəzər müəllimin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.


Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Xəzər müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.


Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!


Bu gün Xəzər müəllimin adı böyük fəxr hissi ilə səslənir.


Bizdə öz növbəmizdə Redaksiyamız adından işində göstərdiyi uğurlu və peşəkar fəaliyyətinə görə Xəzər müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

Oxşar xəbərlər